Rəşad Sadıqov bunu bilsə, narahat olacaqmı?

29 Oktyabr 2020 16:14 Qarabağ 506
Rəşad Sadıqov bunu bilsə, narahat olacaqmı?

Avropa Liqasının qrup mərhələsinin II turunun “Vilyarreal”la bugünkü qarşılaşması Maksim Medvedevin turnirdə 66-cı oyunu ola bilər.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın kapitanı İstanbuldakı görüşdə meydana çıxsa, qitənin ikinci dərəcəli klub turnirində rekorda şərik çıxacaq.

Maksim 2009-cu ilədək UEFA kuboku, son 11 ildə indiki adını daşıyan turnirdə 65 matça çıxıb. “Vilyarreal”la matçda şans qazanacağı halda o bu turnirdə ən çox oyun keçirən Azərbaycan futbolçusu ünvanına şərik çıxacaq.

İndiyədək bu turnirdə ən çox oyun keçirən futbolçumuz Rəşad Sadıqovdur. “Neftçi” və Türkiyə “Kayserispor”unda da oynamış “Qarabağ”ın sabiq kapitanı Avropa Liqasında 66 oyunda iştirak edib.

Maksim hazırda turnirin 49 illik tarixində ən çox matça çıxan 26-cı futbolçudur. O, 66-cı oyununu keçirsə, təkcə Rəşad deyil, isveçli Ştefan İşizaki, belçikalılar Entso Şifo və Timmi Simonsa da çatacaq. Bu oyunçular hazırda 22-25-ci yerləri bölüşür.

Yarışın mütləq rekordçusu italiyalı Cüzeppe Berqominin hesabında 96 oyun var. Almaniyalı Frank Rost 90, israilli Bibras Natxo 83 matçda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti