"QARABAĞ": "Türkiyədə oynamaq istədiyimizi UEFA-ya bildirmişik"

29 Oktyabr 2020 12:44 Qarabağ 287
"QARABAĞ": "Türkiyədə oynamaq istədiyimizi UEFA-ya bildirmişik"

UEFA-nın qərarı ilə Avropa Liqasının qrup mərhələsinin «Vilyareal» ilə ilk ev oyununu İstanbulda keçirməli olan «Qarbağ» digər iki rəqibini Bakıda qəbul edəcəyinə ümidlidir.

Bu barədə Sportinfo.az-a Azərbaycan çempionunun baş meneceri Asif Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Avropa futbol qurumu ilə danışıqlar aparılır: «Sivasspor» və «Makkabi»ni harada qəbul edəcəyimiz hələ bəlli deyil.

Əgər neytral meydança məsələsi davam eləsə, onda Türkiyədə oynamaq istədiyimizi UEFA-ya bildirmişik. Qərar dəyişməsə, onda yenə neytral meydanda oynamaq məcburiyyətindəyik. Bizim də birinci və yeganə seçimimiz Türkiyədir».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”