Kolumbiyalı ulduz: "Qarabağ" əla komandadır"

28 Oktyabr 2020 22:40 Qarabağ 471
Kolumbiyalı ulduz: "Qarabağ" əla komandadır"

"Bu matçda qələbə qazanmaq çox önəmlidir. Qrup birincisi olmaq istəyirik və bu səbəbdən 3 xal əldə etməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Vilyarreal"ın kolumbiyalı ulduzu Karlos Bakka Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı hücumçu bildirib ki, sabah əla rəqibə qarşı oynayacaqlar: "Oyuna köklənmişik. Komanda olaraq motivasiyalı və istəkliyik. Qələbə qazanmq çətin olacaq. Amma biz kim olduğumuzu göstərmək üçün qrupda birinci yeri tutmalıyıq".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"