Qurban Qurbanov: "Ola bilər, müdafiədə çətinliklərimiz olsun"

28 Oktyabr 2020 14:50 Qarabağ 508
Qurban Qurbanov: "Ola bilər, müdafiədə çətinliklərimiz olsun"

“Sadam ki, sizlərin önündəyəm. Baxmayaraq ki, Bakıda oynamalı olduğumuz matçı Türkiyədə keçirəcəyik. Hər bir halda mən sevincliyəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Vilyarreal”la (İspaniya) görüşü öncəsi mətbuat konfransı keçirilib. Qurbanov sabah İstanbulda baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Yaxşı, kifayət qədər təcrübəli bir komanda ilə qarşılaşacağıq. Yaxşı məşqçiləri var. Hər bir halda düzgün oyun qurmaq, maksimum gözəl oyun nümayiş etdirmək istəyirik”.

Mütəxəssis İstanbulda Dağlıq Qarabağdakı hadisələr barədə də danışıb: “Çətin durumdur. Bu gün futbolla siyasət bir-birinə qarışıb. Hər bir Azərbaycan vətəndaşının üzərinə öz vəzifəsi düşür.

“Qarabağ” klubu olaraq biz də bunu doğrultmağa çalışırıq. Ürəyimiz sərhəddə əsgərlərin yanında olsa da, yenə də işimizi layiqincə görməyə çalışırıq. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizim üçün böyük üstünlükdür. Amma inanıram ki, tezliklə torpaqlarımız geri qayıdacaq”.

Qurbanov ev oyunlarını ölkə xaricində oynamağın çətinliyini də qeyd edib: “Makkabi” ilə görüş çətin oldu. Xeyli sayda zədəlılərimiz var. Bir aydan çoxdur ki, futbolçularımızı istədiyimiz performansda saxlaya bilmirik.

“Vilyarreal”la görüşdən sonra Bakıya qayıdıb, “Sivasspor”la matç üçün yenidən Türkiyəyə dönməli olacağıq. Altı matçı səfərdə keçirmək çətindir. Hər 3-4 gündən bir matça çıxmaq və performansı qorumaq çətin olacaq.

Yorğunluq olacaq. Bu üzdən bəzən gənc futbolçuları da meydana buraxa bilərik. Ola bilər müdafiədə çətinliklərimiz olsun. Əsas heyət üzvü olan iki müdafiəçi zədəlidir. Yenə vaxtımız var ki, “Sivasspor”u analiz edib düzgün taktika seçək”.

Qrupdakı Türkiyə təmsilçisi “Sivasspor” barədə də fikirlərini açıqlayıb: “Vilyarreal” – “Sivasspor” matçını izlədim. Gözəl oyun oldu. Tamaşaçılar üçün də çox sayda qol vuruldu. Hər komanda öz oyununu analiz edir. “Sivasspor” asan qol buraxan komanda deyil. Qol vurmağı bacaran komandadır”.

Sabah keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda