Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”

28 Oktyabr 2020 12:16 Qarabağ 323
Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”

"Qarabağ"ın baş məşqçisi Qurban QurbanovAvropa Liqasının I qrupunun II turunun "Vilyarrelaı ilə oyunu öncəsi İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

Sportinfo.az-ın "Sabah" nəşrinə istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis matçı Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib.

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik", - Qurbanov bildirib.

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti