Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la qarşılaşacaq “Qarabağ” Azərbaycanı tərk edib.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanov bu gün İstanbulda oyunöncəsi son məşqini keçəcək.
Ağdamlılar ölkədəki hərbi vəziyyətlə əlaqədar “Vilyarreal”ı “Başakşəhər Fatih Terim” stadionunda qəbul edəcək. Oktyabrın 29-da keçiriləcək matç Bakı vaxtı ilə 21:55-də start götürəcək.