AFFA "Qarabağ"ın müdafiəçisinə cəza verdi - FOTO

27 Oktyabr 2020 16:28 Qarabağ 429
AFFA "Qarabağ"ın müdafiəçisinə cəza verdi - FOTO

AFFA İntizam Komitəsi (İK) "Qarabağ"ın futbolçusu Rahil Məmmədovu bir oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna müdafiəçinin VII turda "Zirə" ilə qolsuz başa çatan görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Klub isə 200 manat məbləğində cərimə olunub.

İK "Sabah" və "Sumqayıt"a 800 manat məbləğində cəza kəsib. "Sabah"ın 5 oyunçusu "gənclik şəhəri" təmsilçisinə evdə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görüb. "Sumqayıt"ın isə 4 üzvü həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!