"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

26 Oktyabr 10:24 Qarabağ 104
"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

"Zaltsburq"la oyundan əvvəl koronavirus səbəbindən xeyli oyunçumuzu itirdik. İndi hər şeyi yenidən bərpa etməyə hazırlaşırıq.

Oyunçular məşq edirlər və biz onların fiziki formasını yaxşılaşdırmağa, taktika üzərində işləməyə çalışırıq. Virusdan sağalan futbolçular tam hazır deyillər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Makkabi"in (Təl-Əviv) baş məşqçisi Yorqos Donis deyib.

51 yaşlı mütəxəssis bildirib ki, uzun fasilədən sonra bərpa olunan çempionata qələbə ilə başlamaq önəmlidir: "3-4 gündən bir oyun keçirəcəyik. Bunun üçün heyətin geniş olması vacibdir.

Belədə seçim etmək asan olur. Qələbə ilə başlamaq və mövsümün sonunda uğur qazanmaq önəmlidir. "Hapoel" intizamlı komandadır. Rəqibi analiz etmişik, güclü tərəflərini bilirik. Bizi çətin qarşılaşma gözləyir".

Cəza səbəbindən Avropa Liqasının I qrupunun ilk turunun "Qarabağ"la oyununda (1:0) texniki zonada yer almayan yunanıstanlı baş məşqçi bu məqama da toxunub:

"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".

"Makkabi" (Təl-Əviv) - "Hapoel" (Beer-Şeva) oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bunadək çempionatda 2 oyun keçirən Təl-Əviv təmsilçisi 1 xalla 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 19:00 Kabab iyinə gələnlər
29 Noyabr 15:00 İndi bu da belə… - FOTO