"Qarabağ" qaydanı ən çox pozan komandadır - Avroliqada

23 Oktyabr 2020 13:12 Qarabağ 393
"Qarabağ" qaydanı ən çox pozan komandadır - Avroliqada

Avropa Liqasının qrup mərhələsinin birinci turunun statistikaları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İsraildə "Makkabi"yə (Təl-Əviv) uduzan "Qarabağ" ilk oyunlardan sonra qaydanı ən çox pozan komanda olub.

Ağdam təmsilçisi 90 dəqiqə ərzində 25 dəfə "foul" edib. İsveçrə "Yanq Boyz"u 22 "foul"la ikinci, "Makkabi" (21) isə üçüncü pillədə qərarlaşıb.

"Qarabağ"da Filip Ozobiç ən çox kobudluq edən futbolçudır. 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi meydanda olduğu 80 dəqiqə ərzində 5 dəfə qaydanı pozub və sarı vərəqə ilə cəzalanıb.

Komandanın digər yarımmüdafiəçisi Patrik Andrade də ən çox "foul" edən oyunçuların siyahısındadır. 90 dəqiqə meydanda olan oyunçu 4 dəfə qayda pozuntusuna yol verib və sarı vərəqə alıb.

Qarşılaşma "Makkabi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!