"Azərbaycan klubunu udandan sonra özümü əla hiss edirəm"

23 Oktyabr 2020 12:30 Qarabağ 626
"Azərbaycan klubunu udandan sonra özümü əla hiss edirəm"

"Özümü əla hiss edirəm. Meydana qayıtmaqdan və qələbə qazanmaqdan məmnunam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi"nin (Təl-Əviv) futbolçusu Dan Qleyzer Avropa Liqasının I qrupunun ilk turunda "Qarabağ"ı məğlub etdikləri oyun barədə danışarkən deyib.

Koronavirusdan yenicə sağalmış 24 yaşlı yarımmüdafiəçi meydana qələbə ilə qayıtdığı üçün sevincli olduğunu bildirib: "Xəstəliklə mübarizə aparmaq asan deyil.

Evdə bir neçə çətin gün keçirdik. Bir ay birlikdə məşq etmədik. Evdə fərdi qaydada hazırlaşırdım. Meydana qələbə ilə qayıtmaq xoşdur. Sevinirəm ki, oyun bizim üstünlüyümüzlə başa çatdı. İndi sabitliyi qorumalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti