“Qarabağ” İsraildə “Makkabi”yə uduzdu

23 Oktyabr 2020 00:53 Qarabağ 695
“Qarabağ” İsraildə “Makkabi”yə uduzdu

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, İ qrupunda yer alan Ağdam təmsilçisi startda İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirob.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda 7-ci dəfə qrupda yarışacaq təmsilçimiz uğurlu başlanğıc etmək niyyətindəydi. Lakin Ağdam klubu bu görüşdən minimal hesabla məğlub ayrılıb.

İ qrupu

22 oktyabr

“Makkabi” (Təl-Əviv) – “Qarabağ” 1:0

Qol: Y.Kohen, 10.

Baş hakim: Con Biton (Şotlandiya).

Təl-Əviv. “Blumfeld” stadionu.

Makkabi: 19. Daniel Tenenbaum, 4. Enrik Saborit, 6. Dan Qlazer, 10. İtay Şexter, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 23. Eyal Qolasa, 24. Yonatan Kohen, 27. Ofir Davidzada, 30. Maor Kandil, 42. Dor Perets.

Ehtiyat oyunçular: 1. Perets Daniel, 2. Ben Bitton, 3. Matan Baltaxa, 9. Nik Blakman, 11. Tal Ben Kaim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 44. Luis Hernandes, 47. Eden Karzev, 77. Ruslan Barski.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.

Digər Xəbərlər
Xəbər Lenti