"Qarabağ"ın 25 milyon büdcəsi var, biz “döyüş gəmisi”nə qarşı mübarizə apardıq"

22 Oktyabr 2020 20:20 Qarabağ 1 094
"Qarabağ"ın 25 milyon büdcəsi var, biz “döyüş gəmisi”nə qarşı mübarizə apardıq"

Albaniya “Partizani”sinin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının 2019/2020-ci illər mövsümünün 1-ci təsnifat mərhələsində “Qarabağ”la matçı xatırladıb.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis “Tuttomercato” nəşrinə müsahibəsində ölkəmiz və Ağdam təmsilçisi haqda danışıb:

“Çempionlar Liqasında ötən mövsüm əvvəlcə “Qarabağ”la qarşılaşdıq. Onlar çox vaxt Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanırlar.

Klubun 25 milyon avroluq büdcəsi var. Bakı isə çox zəngin bir şəhərdir. Biz “döyüş gəmisi”nə qarşı mübarizə apardıq. İlk oyunda 0:0 hesablı heç-heçə etdik.

İkinci oyunda isə bərbarəlik olması üçün sona 5 dəqiqə qalmışa qədər çalışdıq. Lakin Avropa Liqasına düşdük və “Şerif”ə (Moldova) rəqib olduq”.

“Qarabağ” cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, turnirin 2-ci təsnifat mərhələsinə yüksəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti