"Biz qardaşıq, "Qarabağ"la harada oynamağımızın fərqi yoxdur"

22 Oktyabr 2020 18:20 Qarabağ 941
"Biz qardaşıq, "Qarabağ"la harada oynamağımızın fərqi yoxdur"

"Vilyarreal" həqiqətən yaxşı oynayır. Mükəmməl heyəti var.

Baş məşqçisi Unay Emeri avrokuboklarda böyük təcrübəyə malik mütəxəsissdir. Amma biz də mübarizə aparacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının I qrupunda ilk turun İspaniya "Vilyarreal"ı ilə oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

UEFA-nın Dağlıq Qarabağ münaqişəsinə görə "Qarabağ"ın ev oyununu neytral meydana salmasına da münasibət bildirən 57 yaşlı mütəxəssis müharibəyə nifrət etdiyini söyləyib:

"Hər şeydən əvvəl baş verənlər üzücüdür. Burada əsas olan futbol deyil, müharibənin bitməsidir. Ortaq məxrəcə gələ bilmirlər, atəşkəs elan olunmur. Harada oynamağımızın fərqi yoxdur. Bütün matçlara final görüşü kimi çıxacağıq. Bilirsiniz ki, Azərbaycan ilə qardaşıq".

Bu gün keçiriləcək "Vilyarreal" - "Sivaspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" Sivas təmsilçisi ilə noyabrın 5-də səfərdə, 26-da isə Azərbaycanda və ya neytral meydanda qarşılaşmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?