"Qarabağ"a dedi: "Gücləndik, kökləndik özümüzə inanırıq"

22 Oktyabr 2020 16:28 Qarabağ 384
"Qarabağ"a dedi: "Gücləndik, kökləndik özümüzə inanırıq"

"Çempionlar Liqasında qrup mərhələsinə çıxmağa çox yaxın idik. Amma son mərhələdə büdrədik. Bundan sonra Avropa Liqasında yaxşı debüt üçün hazırlığı gücləndirdik. Turnirə köklənmişik və özümüzə inanırıq".

Sportinfo.az xəbər verir ki, bunu "Makkabi"nin (Təl-Əviv) qapıçısı Daniel Tenenbaum Avropa Liqasının I qrupunun ilk turunda bu gün "Qarabağ"la keçirəcəkləri matç barədə danışarkən deyib.

25 yaşlı qolkiper bildirib ki, turnirdə maksimum irəliləmək üçün əllərindən gələni edəcəklər: "Mübarizəyə tam heyətlə başlayacağıq. Çünki koronavirusa yoluxmuş bütün futbolçular artıq sağalıblar".

"Blumfild" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti