İspaniyadan “Qarabağ” haqda MARAQLI İDDİA

22 Oktyabr 2020 14:36 Qarabağ 1 245
İspaniyadan “Qarabağ” haqda MARAQLI İDDİA

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la II tur matçı Albaniyada keçirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

La Liqa klubuna yaxınlığı ilə bilinən yerli mətbu orqanlarından biri oktyabrın 29-da neytral meydanda keçirilməsi qərara alınan qarşılaşmanın Albaniyanın Tirana şəhərində baş tutma variantını qeyd edib.

İspanlar Azərbaycan yığmasının Millətlər Liqası çərçivəsində Kiprlə ev oyununun məhz Albaniyaya salınmasını əsas gətirərək, yenə eyni addımın atılmasını istisna etməyiblər.

Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar olaraq Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Bu üzdən növbəti qərara qədər Azərbaycan yığması Millətlər Liqasında, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti