"Qarabağ"dan öncə şikayətləndi: "Belə vəziyyətdə..."

22 Oktyabr 2020 13:12 Qarabağ 449
"Qarabağ"dan öncə şikayətləndi: "Belə vəziyyətdə..."

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Makkabi”də (Təl-Əviv) İsrail yığmasından qayıdan 5 futbolçu koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, Eytan Tibi, Eyal Qolasa, Şaran Yeni, Maor Kandil və Eden Karvezin test nəticələri mənfi olub.

Onlar artıq komanda ilə məşqlərə qatıla bilərlər.

Həmin oyunçulardan biri ilk dəfə belə vəziyyətlə üzləşdiklərini bildirib: "Bütün komanda ilə birlikdə məşqə qatılırıq. Bir aydan çoxdur ki, baş məşqçinin əlində tam heyət yox idi. Belə bir vəziyyətdə hazırlıq optimaldan çox uzaqdır".

Bu gün "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!