Elxan Məmmədov: "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq"

21 Oktyabr 2020 20:50 Qarabağ 419
Elxan Məmmədov: "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq"

"UEFA İcraiyyə Komitəsinin xüsusi qərarına əsasən yaxın gələcəkdə hazırkı vəziyyəti nəzərə alaraq,

Azərbaycanda beynəlxalq oyunlar təşkil edilməyəcək. Nəzərə alsaq ki, yaxın gələcəkdə "Qarabağ"ın Bakıda "Vilyarreal"a qarşı oyunu var.

Sonra isə millinin Monteneqro ilə matçı olacaq. Biz bu gün səhər bir neçə dəfə UEFA ilə əlaqə saxladıq, məsələni müzakirə etdik, hazırda danışıqlar davam etdirilir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, "Qarabağ" "Vilyarreal"la oyununu Bakıda keçirməli idi:

"İlk növbədə, bu matç müzakirə edilir. Bildirdik ki, qarşılaşma alternativ ölkə olaraq Türkiyədə gerçəkləşsin. Lakin UEFA tərəfindən tövsiyə olundu ki, oyunlar qrup mərhələsində iştirak edən klubların stadionlarında təşkil edilə bilər.

Bu da təbii ki, işimizi bir az çətinləşdirir. Biz "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq. Əminəm ki, növbəti üç gün ərzində növbəti addımların nədən ibarət olacağını biləcəyik" (report).

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu