"Burada favorit yoxdur, "Qarabağ" "Makkabi"ni uda bilər"

21 Oktyabr 2020 16:28 Qarabağ 631
"Burada favorit yoxdur, "Qarabağ" "Makkabi"ni uda bilər"

"Bu qarşılaşmanın favoriti yoxdur. Hər ikisi çox yaxşı komandadır".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Yunanıstanın "Atromitos" klubunda çıxış edən Əmir Ağayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin I turunda İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəyi görüş barədə danışarkən deyib.

İsraildə doğulmuş 28 yaşlı yarımmüdafiəçi həmyerliləri ilə matçda Ağdam komandasının qələbə şansının olduğunu bildirib: "Bu qarşılaşma ilə bağlı çox danışa bilməyəcəyəm.

"Makkabi" baş məşqçi dəyişikliyinə gedib və heyətdə yeni oyunçular var. Nəticənin necə olacağını hamımız birlikdə görəcəyik. Düşünürəm ki, "Qarabağ" bu matçda qələbə qazana bilər".

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti