TEST - Millidən qayıdan futbolçulardan qorxmağa dəyməz

21 Oktyabr 2020 19:45 Qarabağ 340
TEST - Millidən qayıdan futbolçulardan qorxmağa dəyməz

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq Təl-Əviv “Makkabi”sində koronavirus pandemiyası ilə bağlı aparılan testlərin nəticələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İsrail millisindən dönən futbolçulardan götürülən testlər neqativ çıxıb.

Konkret olaraq millinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzev bu günə qədər klubda fərdi məşqlərlə kifayətləniblər. Artıq onlarda yoluxma faktı aşkarlanmadığından, bu gündən kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcəklər.

Oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!