“Qarabağ” 1 gün tez, saat 11:00-da – İSRAİL TƏDARÜKÜ

19 Oktyabr 2020 16:56 Qarabağ 979
“Qarabağ” 1 gün tez, saat 11:00-da – İSRAİL TƏDARÜKÜ

Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq “Qarabağ”ın İsrailə yollanacağı tarix müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qarşılaşmadan bir gün əvvəl komandanı səfərə aparacaq.

Matçın hazırlıqlarını öz bazasında davam etdirən ağdamlılar koronavirus testindən keçdikdən sonra oktyabrın 21-də (aat 11:00-da) İsrailə gedəcək. Günorta saatlarında Təl-Əvivdə olması gözlənilən komanda həmin gün axşam son məşqinə çıxacaq.

Oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı