Koronavirus “Qarabağ”ı Bakıdan uzaq salacaq?

19 Oktyabr 2020 12:30 Qarabağ 550
Koronavirus “Qarabağ”ı Bakıdan uzaq salacaq?

Avrokubokların qrup mərhələsində koronavirus pandemiyası ilə bağlı yaranacaq problemlərin həlli üçün UEFA-nın tətbiq etdiyi qaydalar açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın da Avropa Liqasının qrup mərhələsində mübarizə aparacağı turnirdə bəzi matçlar neytral meydanda keçirilə bilər.

Qitə futbol qurumunu buna vadar edəcək səbəblər koronavirus infeksiyasının yayılması və uçuşlarla bağlı məhdudiyyətlərdir.

Qaydalara əsasən, virusun yayılma halı və səyahət məhdudiyyəti ev sahibinin təşkilatçılığına, yaxud qonaq komandanın səfərə yollanmasına mane olursa, qarşılaşma neytral meydana salınmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti