”Qarabağ”a göndərmə: ”Qələbə qazanan tərəf biz olacağıq”

19 Oktyabr 2020 11:34 Qarabağ 658
”Qarabağ”a göndərmə: ”Qələbə qazanan tərəf biz olacağıq”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Makkabi” (Tel-Əviv) tam heyətlə məşqləri davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə İsrail təmsilçisinin futbolçusu İtay Şexter ONE nəşrinə açıqlamasında məlumat verib.

"Zalsburq”la oyunda bir çox futbolçumuz koronavirusa görə yox idi. Bəlkə də, hər iki oyunda tam heyətlə olsaydıq, nəticə fərqli ola bilərdi.

Artıq hər kəs sağalıb və tam heyətlə məşqlərə başlamışıq" deyən Şexter qrupda komandaların şanslarını da dəyərləndirib:

"Avropa Liqasında bütün komandaların şansları bərabərdir. Ümid edirəm ki, matçlarda yaxşı performans göstərib, qələbə qazanan tərəf biz olacağıq”.

"Makkabi” Avropa Liqasının İ qrupunda "Sivasspor” (Türkiyə), "Vilyarreal” (İspaniya) və "Qarabağ”la mübarizə aparacaq. İsrail klubu ilk matçını oktyabrın 22-də, evdə "Qarabağ”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"