Onlar "Qarabağ"la yanaşı, bundan narahatdırlar

18 Oktyabr 2020 11:00 Qarabağ 646
Onlar "Qarabağ"la yanaşı, bundan narahatdırlar

Avropa Liqasının qrup mərhələsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək “Makkabi”də (Təl-Əviv) koronavirus pandemiyası ilə bağlı narahatlıq davam edir.

Sportinfo.az xəbər verir ki, son testin nəticələri neqativ çıxsa da, klubun tibbi personalı daha bir test aparmağı planlaşdırır.

Bu dəfə yalnız yığmadan qayıdan oyunçuların yoxlamadan keçməsi nəzərdə tutulur və bu məsələ rəhbərliklə müzakirə olunur.

Düzdür, İsrail millisinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzevin yığmada olarkən testi neqativ çıxıb.

Lakin klubun həkimləri narahatlığı aradan qaldırmaq üçün onları bir daha yoxlamaq niyyətindədir.

“Makkabi” – “Qarabağ” qarşılaşması oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti