"Qarabağ" hər zaman sənə təzyiq edir, bundan həmişə çıxa bilmirsən"

18 Oktyabr 2020 10:40 Qarabağ 599
"Qarabağ" hər zaman sənə təzyiq edir, bundan həmişə çıxa bilmirsən"

Azərbaycan Premyer Liqasında VI turun ilk oyun günü başa çatıb.

Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilədən sonra ilk matçına çıxan “Qəbələ” “Qarabağ”la görüşüb.

“Qırmızı-qaralar” səfər oyununa Bakıdakı “Azersun Arena”da çıxıb. Baş məşqçi Elmar Baxşıyev ötən turun “Sumqayıt”la qarşılaşması ilə (1:1) müqayisədə start heyətində üç dəyişiklik edib.

Ceyms Adeniyi, Yurgen Qoxa və Faiq Hacıyev ilk dəqiqələrdən meydana çıxıb. Onlar “11-lik”də Stefan Vukçeviç, Rövlan Muradov və komandadan ayrılan Qismət Alıyevi əvəz edib.

Matçın ilk dəqiqələrindən daha fəal olan meydan sahibləri üstünlüyü ələ alıb. Təşəbbüsə yiyələnən “Qarabağ”ın hücumlarının qarşısını inamlı oyun göstərən müdafiə xətti kəsib.

Bir neçə epizodda qapıçı Anar Nəzirov etibarlı çıxış edib. İdris İnqilablı isə boş qapıya gedən topun qarşısını alıb. “Qırmızı-qaralar” da ilk yarıda yaddaqalan hücumlar qurub.

Künc zərbəsi zamanı Vinko Medimoreçin baş zərbəsindən sonra top qapının üstündən keçib. Asif Məmmədovun əlverişli mövqedə olan Nikolas Rayselə ötürməsi zamanı isə qapıçı legionerimizi qabaqlayıb.

Qarşılaşmada hesab fasilə ərəfəsində açılıb. Ağdamlılar Donald Geryenin qolu ilə önə keçib. “Qırmızı-qaralar” dərhal status-kvonu bərpa etmək şansı qazanıb.

Merab Qiqauri gözəl ötürmə ilə Ceyms Adeniyini qapıçı ilə üz-üzə qoyub. Nigeriyalı topu saxlayaraq uzaq küncə yollasa da, top dirəyin yanından ötüb.

İkinci hissədə oyunun ssenarisi dəyişməyib. “Qarabağ” daha çox hücum təşkil etsə də, komandamızın müdafiəçiləri etibarlı oynayıb. İlk yarının əvvəlində Asif Məmmədov təhlükəli nöqtədən cərimə zərbəsi endirsə də, hücum istənilən kimi başa çatmayıb.

Cavid Hüseynovun kornerindən sonra Rafael Utziqin baş zərbəsi təhlükəli, lakin qeyri-dəqiq olub. Braziliyalının daha bir qol imkanının qarşısını seyvə imza atan rəqib qolkiper alıb.

Matçın sonlarında Rafael daha iki yaddaqalan toxunuş etsə də, hesabı dəyişə bilməyib. Meydan sahibləri isə görüşün final fitinə qədər daha iki dəfə fərqlənib. Beləliklə, “Qəbələ” paytaxtdakı səfər oyunundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “İlk öncə Füzuli şəhərinin azad olunması münasibətilə hamınızı təbrik edirəm. Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, dövlət, xalq olaraq onların cəzalarını verəcəyik.

Oyuna gəlincə, komandalar arasında fərq hiss olunur. "Qarabağ" təşkilatlanmış komandadır. Biz isə yeni komandayıq. İnanıram ki, oyundan-oyuna biz də yaxşı performans göstərib, layiq olduğumuz yerlərə qalxacağıq.

Ümumi götürəndə, bizim də fərqlənmək şanslarımız oldu. "Qarabağ" elə bir komandadır ki, hər zaman sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən. Hesab edirəm ki, rəqib bu gün layiqli qələbə qazandı. "Qarabağ" bizdən güclü idi.

Qismət Alıyevin yeri görünəcək. Ancaq məşqçinin işi heyfslənmək yox, əksinə, daha da artığına çalışmaqdır. Düşünürəm ki, gənc futbolçularımız Qismətin yerini getdikcə dolduracaqlar”.

“Qarabağ” – “Qəbələ” 3:0

“Azersun Arena”, tamaşaçısız

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Cavanşir Yusifov

Dördüncü hakim: Elçin Məsiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Kevin Medina, 21 (qeyri-idman hərəkəti) // Ceyms Adeniyi, 21 (qeyri-idman hərəkəti); İdris İnqilablı, 70 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 87 (qeyri-idman hərəkəti)

Qollar: Donald Qerye, 43; Patrik Andrade, 89 (p.); Toral Bayramov, 90+1

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

“Qarabağ”

1. Şahruddin Məhəmmədəliyev

55. Bədavi Hüseynov (k)

30. Abbas Hüseynov

10. Abdullah Zubir

(27. Toral Bayramov, 90+1)

19. Filip Ozobiç

9. Xayme Romero

8. Uroş Matiç

(2. Qara Qarayev, 65)

77. Donald Qerye

81. Kevin Medina

18. İsmayıl İbrahimli

22. Musa Qurbanlı

(6. Patrik Andrade, 66)

Ehtiyat oyunçular:

12. Emil Balayev

94. Ayhan Arazlı

4. Rahil Məmmədov

44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(14. Cavid Hüseynov, 60)

28. Murad Musayev

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

(74. Yusif Nəbiyev, 73)

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

23. Rafael Utriq

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

22. Rodriqo Qattas

17. Yaovi Akakpo

71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!