“Qarabağ”ın yer aldığı qrupa görə plan dəyişikliyi

16 Oktyabr 2020 20:40 Qarabağ 1 495
“Qarabağ”ın yer aldığı qrupa görə plan dəyişikliyi

Koronavirus pandemiyası səbəbindən dayandırılan İsrail çempionatının bərpa tarixi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İsrail Futbol Assosiasiyası yarışın oktyabrın 31-də davam etdirilməsini planlaşdırır.

Həmin gün V turun matçlarının keçirilməsi nəzərdə tutulur. Lakin “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”sinin oyunu məhz avrokuboklardakı çıxışı səbəbindən daha tez baş tuta bilər.

Assosiasiya və klub rəhbərliyi Avropa Liqasının qrupunda keçiriləcək ilk iki turun arasında çempionatın bir görüşünü keçirmək istəyir.

Konkret olaraq oktyabrın 22-də “Qarabağ”la Təl-Əvivdə baş tutacaq qarşılaşmadan 3 gün sonra “Makkabi”nin Beer-Şeva “Hapoel”i ilə görüşməsi müzakirə olunur.

“Makkabi” Avropa Liqasının II turunda oktyabrın 29-da “Sivasspor”la (Türkiyə) qarşılaşacaq. Həmin gün İspaniya “Vilyarreal”ını qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!