"Qurban Qurbanov ciddi görünsə də…"

16 Oktyabr 2020 12:16 Qarabağ 1 410
"Qurban Qurbanov ciddi görünsə də…"

"Ciddi görünsə də, futbolçularla çox yaxındır".

Sportinfo.az xəbər verir ki, bu fikirlər "Qarabağ"ın ispaniyalı legioneri Xayme Romeroya aiddir.

Yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanovdan bəhs edib: "Klubun qazandığı uğurlarda onun rolu böyükdür.

Məşqdə ingiliscə danışırıq. Amma mən bu dili yaxşı bilmirəm. Ümumiyyətlə, mənim dil bilgim faciəvidir. Lakin tərcüməçimiz var.

O, hər şeyi mənim üçün ispan dilinə tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingiliscə danışıram".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!