Argentina millisinin qapıçısı “Qarabağ”ı gözləyir

15 Oktyabr 2020 23:10 Qarabağ 1 183
Argentina millisinin qapıçısı “Qarabağ”ı gözləyir

“Vilyarreal”ın qapıçısı Geronimo Rulli Avropa Liqasında keçiriləcək oyunları gözləyir.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisinin yeni transferi məhz “Sivasspor” (Türkiyə), “Qarabağ” (Azərbaycan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə matçlarda komandanın formasını geyinə biləcək.

Baş məşqçi Unay Emeri komandanın əsas qapıçısı kimi Serxio Asenxonu oynadır və La Liqa görüşlərində birmənalı olaraq ona etibar edir.

Ancaq Avropa Liqası qarşılaşmalarında heyətdə islahatlar aparacaq Emeri Argentina millisinin qolkiperi Rullini məhz bu turnirdə iş başında görməyi planlaşdırır.

“Vilyarreal” İ qrupunun ilk oyununda oktyabrın 22-də öz meydanında “Sivasspor”u qəbul edəcək. İspaniya təmsilçisi II tur çərçivəsində oktyabrın 29-da “Qarabağ”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti