Mahirin niyə hava limanından geri qaytarılıb? – MÜƏMMA ÇÖZÜLDÜ

15 Oktyabr 2020 14:08 Qarabağ 421
Mahirin niyə hava limanından geri qaytarılıb? – MÜƏMMA ÇÖZÜLDÜ

Millinin və «Qarabağ»ın hücumçusu Mahir Emrelinin İspaniya səfərinin baş tutmamasının səbəbi məlum olub.

Onun bu ölkəyə yollanmaq üçün gətirdiyi əsas yerli hakimiyyət orqanları tərəfindən keçərli sayılmayıb.

Belə ki, yeni qaydalara əsasən, Avropa Birliyinə daxil dövlətlərdən birinə getmək üçün tutarlı səbəb olmalıdır və bu, sorğu siyahısında öz əksini tapmalıdır.

Ağdam klubunun forvardı ayağından aldığı zədəni müalicə və müayinə etdirmək üçün İspaniyaya üz tutmaq istədiyini həmin sənəddə qeyd edib.

Lakin bu ölkənin Türkiyədəki nümayəndəliyi onun göstərdiyi səbəbi yetərli bilməyib, İstanbuldan Madridə uçuşuna icazə verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti