"Qarabağ" Avroliqadakıı ev oyunlarını Kiprdə keçirəcək?

15 Oktyabr 2020 20:30 Qarabağ 869
"Qarabağ" Avroliqadakıı ev oyunlarını Kiprdə keçirəcək?

"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını ölkədən kənarda keçirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Kerkida" nəşri məlumat yayıb.

Nəşr Ağdam təmsilçisinin Türkiyə "Sivasspor" ilə görüşünün həmin ölkədə gerçəkləşməsi ehtimalının isə az olduğunu vurğulayıb.

Azərbaycan çempionu ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməlidir. Bildirilib ki, qarşılaşmaların Kiprdə baş tutması istisna edilmir.

"Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti