"Qarabağ"ın rəqibi federasiyaya müraciət etdi

15 Oktyabr 2020 12:30 Qarabağ 501
"Qarabağ"ın rəqibi federasiyaya müraciət etdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubu turnirdə keçirəcəyi ev oyunlarında azarkeşlərin tribunalara buraxılmasını istəyir.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Göksel Gümüşdağ məlumat verib. O, bunun üçün Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət etdiklərini bildirib.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür.

Xatırladaq ki, "Qarabağ" "Sivasspor"la səfər oyununu noyabrın 5-də keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"