"Qarabağ"ı bu xəbərlə arxayın salmaq istəyiblər?

15 Oktyabr 2020 12:02 Qarabağ 743
"Qarabağ"ı bu xəbərlə arxayın salmaq istəyiblər?

Avropa Liqasında I qrupunun ilk tur matçında "Qarabağ"ı qəbul edəcək "Makkabi" (Təl-Əviv) üzvləri növbəti dəfə koronavirus testindən keçib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb. Heç bir oyunçuda infeksiya aşkarlanmayıb.

Son bir neçə həftədə Təl-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər.

Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!