“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər

28 Sentyabr 2020 12:30 Qarabağ 1 029
“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az-a verdiyi məlumata görə, komanda sabah Polşaya səfər etməyi planlaşdırır.

İbrahimov qeyri-adi bir vəziyyət yaranmasa, sabah günorta saatlarında yola çıxacaqlarını söyləyib. Ancaq klub rəsmisi mövcud durumla əlaqədar səfərin sentyabrın 30-na təxirə salınmasını da istisna etməyib.

Baş məşqçi Qurban Qurbanov matçın oynanılacağı stadionda oyundan bir gün əvvəl son məşqini keçəcək.

Oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular