“Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaqlar - FOTO

28 Sentyabr 2020 12:02 Qarabağ 920
“Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaqlar - FOTO

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa təmsilçisi “Legiya”da yeni təyinat reallaşıb.

Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl baş məşqçi postuna gətirilən Çesnav Mixneviçin köməkçilərindən birinin adı açıqlanıb.

Bu, 37 yaşlı Przemislav Maleçkidir. “Lex”in əvəzedici komandasının köməkçi-məşqçisi kimi fəaliyyət göstərmiş Maleçki bundan sonra Varşava klubunun əsas komandasında eyni funksiyanı icra edəcək.

Onun yeni komandasında ilk işi məhz “Qarabağ”la matç olacaq. Oktyabrın 1-də Polşada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"