“Qarabağ” barədə hazır material əldə edəcəyik”

28 Sentyabr 2020 00:56 Qarabağ 502
“Qarabağ” barədə hazır material əldə edəcəyik”

“Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var”.

bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Yeni baş məşqçinin rəhbərliyi altında 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində “Qarabağ”a rəqib olub. “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada keçiriləcək.

Mixneviç matçdan sonra keçirilən mətbuat konfransında artıq Azərbaycan çempionu ilə görüş barədə düşündüklərini söyləyib: “Pley-offa daha yaxşı hazırlaşmalıyıq.

“Qarabağ”ı hərtərəfli təhlil etməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır.

Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Digər Xəbərlər
Xəbər Lenti