Qurban Qurbanov: "Yenə çalışırıq ki, səviyyəmizi qoruyaq"

27 Sentyabr 2020 13:00 Qarabağ 599
Qurban Qurbanov: "Yenə çalışırıq ki, səviyyəmizi qoruyaq"

"Qarabağ" son 7 ildə mövsümə belə zəif başlamayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov bu situasiyanı müxtəlif amillərlə əlaqələndirib:

"Nüanslar çoxdur, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdır. Komandada həddindən artıq çox dəyişiklik oldu.

Düzdür, vaxtilə ikinci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim ikinci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu.

Hər il eyni səviyyədə mövsümə başlamaq çətindir. Nə vaxtsa problemlərimiz olmalıdır və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq.

Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın. Hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır".

Digər Xəbərlər
Xəbər Lenti