"Qarabağ" niyə bərbad oynayır?

27 Sentyabr 2020 11:20 Qarabağ 792
"Qarabağ" niyə bərbad oynayır?

«Qarabağ» hər dəfə qeyri-sabit sürət götürməyə alışıb.

Bu, illərdir belədir.

Qurban Qurbanov bu cür startı heç vaxt özünə dərd etməyib. Öyrəncəlidir. Həm də öyrəşdirib.

Daha 2-2 həftə keçməlidir ki, «Qarabağ» bir az sürət yığsın və optimal oyun tərzini bərpa etsin.

Qurbanov «Molde» ilə Kiprdəki qarşılaşmadan sonra boş yerə deməmişdi ki, Çempionlar Liqası ilə belə vidanın yaratdığı psixoloji gərginliyi və məyusluğu tezliklə aradan qaldırmaq mümkün olmayacaq.

Bu, bəlkə hələ bir müddət də futbolçuların beyin yarımkürəsində ilişib qalacaq.

Eniş hazırda da davam edir və deyərdim ki, «Legiya» ilə əhəmiyyətli qarşılaşma öncəsi təhlükəli hal alıb. Azərbaycan derbisində «Neftçi»yə məğlubiyyəti hardasa «Molde» ilə oyunun penalti seriyasının davamı saymaq olardısa, Sumqayıt səfəri qəza sayılmamalıdır.

Xal və xallar daha çox istəyənin və düşüncə ortaya qoyn tərəfidir. «Qarabağ» Bakının «qulağının dibindəki» şəhəri nə niyyətlə yollanmışdısa, bunu son dəqiqələrə kimi hiss etdirə, göstərə bilmədi.

«Qurbanovun komandasında nə çatışmır» tipli bütün sualların cavabını oyunun ilk 1 saatında tapmaq olar.

Vaxtınız çox deyil, bilirik. Gəlin, yenə də bəzilərinə diqqət yetirək:
1. Hücumçu çatışmır.
2. Oyun qurucusu çatışmır.
3. Mərkəz müdafiəçisi çatıqmır.
4. Sürət çatmır.
5. Qələbə arzusu çatışmıır.
Daha nələr, daha nələr… «Qarabağ» hesabda 0:2 geri düşəndən sonra nisbətən ayıldı, ancaq onda da bu, kifayət etmədi. Gəzə-gəzə oynanılan oyunu adı başqadır, futbol deyil. Bu, keçmişdə, dünəndə qalıb.

«Qarabağ» əli belində gəzişməklə qələbə qazanmağa öyrənib ki, dünənlə bu günü səhv salıb, irəli boylanmağa, rəqiblərini ciddiyə almağa cəhd eləmir. Bu fikir Qurbanovda varsa da, futbolçularında yoxdur - 100%.

Uroş Matiç təəssüfləndirir məni. Serbiyalı yarımmüdafiəçiyə verilən pula heyfim gəlir. O, Riçard Almeydanın son illərdəki formasından da zəif təsir bağışlayır. Ö

n pasları verməyi sanki yadırğayıb. Pasının istipaməti gah sağ, gah sol cinahadır. Gah da arxaya. Qapı ünvanlı sərt vuruşlarını da yığışdırıb. «Çərçivə»ni hiss etmir, cərimə meydançasının önündə ləngər vurur.

Ani qərar verməsini də görmürük. APOEL-də izlədiyimiz Matiç hara, bu hara! Güman ki, bu şübhə Qurbanovu da az məşğul və narahat eləmir. Həqiqətənmi odur? Oxşamır heç.

Kvabena Ovusu yağışdan çıxıb, yağmura düşən «Qarabağ»ın yeni «çətir»idir. Göydəndüşmə oyun sərgiləyir.

Qurbanov qanalı legionerə yalnız son 3 matçda güvənməyə başlayıb, o da ki, uzun müddət ehtiyatda qalmağın verdiyi hirs və hikkə ilə özünü baş məşqçisinə göstərmək üçün dəridən-qabıqdan çıxır.

İkinci və üçüncü zonada Ovusu qədər istəkli, kreativ və sürətli başqa futbolçu gözə dəymir, odur ki, komanda «doymuşam» görüntüsü verir.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti