Xayme Romero “Legiya” ilə matçı buraxacaq

26 Sentyabr 2020 17:10 Qarabağ 642
Xayme Romero “Legiya” ilə matçı buraxacaq

Avropa Liqasının pley-off mərhələsində “Legiya" ilə oktyabrın 1-də keçiriləcək oyuna qədər “Qarabağ”ın yeni hücumçu almaq ehtimalı yoxdur.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Legiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq. 48 yaşlı çalışdırıcı zədəli ön xətt oyunçularının durumuna da aydınlıq gətirib.

O, ispaniyalı Xayme Romeronun İstanbuldan yeni gəldiyini, Varşavadakı qarşılaşmaya hazır olmayacağını deyib. Ondan fərqli olaraq, fransalı Abdullah Zubir və millimizin forvardı Mahir Emrelinin durumu nisbətən yaxşıdır.

Digər Xəbərlər
Xəbər Lenti