Tanıyın, bu şəxsin “Qarabağ”la “ulduzu barışmır“

25 Sentyabr 2020 20:40 Qarabağ 1 045
Tanıyın, bu şəxsin “Qarabağ”la “ulduzu barışmır“

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununu idarə edəcək almaniyalı baş hakim Tobias Stieler karyerasında ikinci dəfə Azərbaycan çempionunun matçında fit çalacaq.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı referi 3 il əvvəl baş tutan “Roma” – “Qarabağ” qarşılaşmasının hakimi olub.

2017/18 mövsümündə Çempionlar Liqasının İtaliyada keçirilən qrup oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Almaniyalı ev sahiblərinə 1, ağdamlılara 4 sarı vərəqə verib.

2017-ci il dekabrın 5-dəki qarşılaşmada Elvin Yunuszadə, ispaniyalı Miçel, haitili Donald Gerye, polşalı Yakub Jezniçak xəbərdarlıq alıb.

Almaniyalı 2014-cü ildən FİFA statusu daşıyır )apasport.az_.

Digər Xəbərlər
Xəbər Lenti