"Çətin anlar geridə qaldı, baş məşqçinin istefasından sonra..."

25 Sentyabr 2020 19:45 Qarabağ 694
"Çətin anlar geridə qaldı, baş məşqçinin istefasından sonra..."

“Dritanı hərtərəfli təhlil etdik və güclü tərəflərindən istifadə etməsinə imkan vermədik”.

Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın futbolçusu Filip Mladenoviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

29 yaşlı sol cinah müdafiəçisi oyundan-oyuna daha güclü olacaqlarını düşünür: “Çətin anlar geridə qaldı. Baş məşqçinin istefası və üzərimizdəki təzyiqlə bağlı bütün qarışıqlıqdan sonra “Drita”nı məğlub etmək bizim üçün asan olmadı. Yaxşı komanda olduğumuzu və güclü tərəfimizi göstərməyə çalışırıq”.

“Legiya”nın yeni transferi olan Serbiya millisinin üzvü pley-off mərhələsində “Qarabağ”la keçiriləcək matça daha yaxşı durumda çıxacaqlarını bildirib:

“Ucaboy və başla oynamağı bacaran oyunçularımız olduğu üçün hava mübarizələrində yaxşı imkanlar yaradırıq. Komandada yeni baş məşqçi və yeni oyunçular var. Bu mənada düşünürəm ki, “Qarabağ”a qarşı bu günkündən daha hazırlıqlı olacağıq”.

“Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"