”Bizim üçün mövsümün ən vacib oyunu ”Qarabağ”la olacaq”

25 Sentyabr 2020 12:58 Qarabağ 536
”Bizim üçün mövsümün ən vacib oyunu ”Qarabağ”la olacaq”

“Avropada asan oyun olmur. Ən əsası hədəfimizə çatmaq, yəni növbəti mərhələyə keçməyimizdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Legiya”nın futbolçusu Pavel Vşolek deyib.

Polşa təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində Kosova təmsilçisi “Drita”nı 2:0 hesabıyla məğlub edərək, pley-offa yüksəlib.

“Legiya” pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq. Görüşlə bağlı fikirlərini açıqlayan Pavel qələbənin asan əldə olunmadığını bildirib:

“Rəqib meydanın mərkəzində müdafiə olunurdu ki, bu da qol vurmağımıza problem yaradırdı. Bütün hallarda, məqsədimiz qələbə qazanmaq idi və bunu bacardıq”.

Vşolek deyib ki, qrup mərhələsinə vəsiqə uğrunda komandasını daha ciddi sınaq gözləyir: “Biz həmin görüşü səbirsizliklə gözləyirik. Bu qarşılaşma qrup mərhələsinə yüksəlməyə qərar verəcək. Bu, bizim üçün mövsümün ən vacib oyunu olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti