“Qarabağ”ın Avroliqadakı rəqibi "Legiya" oldu - VİDEO

25 Sentyabr 2020 00:42 Qarabağ 1 146
“Qarabağ”ın Avroliqadakı rəqibi "Legiya" oldu - VİDEO

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin də qalibi bir oyunun nəticəsində müəyyənləşib.

Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalan Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinib.

Ağdam təmsilçisi “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşmalı idi. Rəqibi üzərində inamlı qələbəyə sevinən Polşa təmsilçisi “Qarabağ”ın rəqibi olub.

Püşkə əsasən, Azərbaycan təmsilçisi pley-off qarşılaşmasını rəqib meydanında – Polşada keçirməli olacaq.

"Legiya" (Polşa) – "Drita" (Kosovo) 2:0

Qol: Vşolek, 24. Pekhart, 43.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!