Mahir Emrelidən PİS XƏBƏR gəldi, "Qarabağ" üzüldü

24 Sentyabr 2020 12:02 Qarabağ 1 775
Mahir Emrelidən PİS XƏBƏR gəldi, "Qarabağ" üzüldü

"Qarabağ"ın zədəli futbolçuları Mahir Emreli, Abdullah Zubir, Rahil Məmmədov və Xayme Romero komanda ilə məşqlərdə iştirak etmir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın II turunda "Keşlə" ilə matçda xəsarət alan Mahir Emrelinin zədəsi tam sağalmayıb.

23 yaşlı hücumçu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında və III turda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları görüşlərdə fədakarlıq sayəsində iştirak edib.

O, oyunlarda iştirak üçün reabilitasiya keçmişdi. Amma zədəli oynamışdı, hazırda onun zədəsi ağırlaşıb.

"Qarabağ" Premyer Liqanın IV turunda səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Sentyabrın 25-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti