“Qarabağ" üzərində qələbə eyforiya, ecazkar hiss verdi”

17 Sentyabr 2020 09:00 Qarabağ 877
“Qarabağ" üzərində  qələbə eyforiya, ecazkar hiss verdi”

“Bu gün komanda bütün ruhunu meydanda qoydu, sona qədər mübarizə apardı”.

Sportinfo.az xəbər verir ki, bunu “Molde”nin baş məşqçisi Erlinq Mo Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

0:0 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyası sayəsində qələbə qazanaraq mərhələ adlayan Norveç təmsilçisinin çalışdırıcısı hədəflərinin qrupa düşmək olduğunu söyləyib:

“Bu qələbə insana eyforiya, ecazkar bir hiss verir. Yaşıl meydanlarda bunu tez-tez yaşamırıq. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.

Əlimizə düşən imkandan yararlanmağa çalışacağıq. Bu, həm də ciddi gəlir mənbəyi deməkdir. Maliyyə hesabatında yaxşı olduğumu deyə bilmərəm.

Ancaq bu baş verərsə, böyük təminat qazanmış olarıq. Bizi dəstəkləyən etibarlı sponsorlarımız var. Bu da iddialı olmaq, gələcəyə nikbin baxmaq imkanı yaradır”.

Mo matçın 102-ci dəqiqəsində Etzaz Hussainin penalti zərbəsini qaçırmasına da münasibət bildirib: “Əslində penaltini Ohi Omoyjuanfo vurmalı idi.

Ancaq Etzaz Hussain məsuliyyəti üzərinə götürdü. Qolla nəticələnməsə də, onun yükün altına girməsi böyük məsuliyyət idi. Düşünürəm ki, Etzaz həmin an əsl xarakter, cəsarət nümayiş etdirdi”.

“Molde” pley-offda “Ferensvaroş”la (Macarıstan) qarşılaşacaq. “Qarabağ” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!