“Qarabağ” üçün yeni, “Neftçi”yə görə uğursuz gün

16 Sentyabr 2020 18:06 Qarabağ 1 083
“Qarabağ” üçün yeni, “Neftçi”yə görə uğursuz gün

Bu həftə Azərbaycan klublarının iştirakı ilə növbəti avrokubok oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında oynayan “Qarabağ” III təsnifat mərhələsinin matçında “Molde” ilə üz-üzə gələcək.

Norveç təmsilçisi ilə qarşılaşma bu gün baş tutacaq. Avrokuboklarda ilk dəfə Azərbaycan klubu bu tarixdə meydana çıxacaq.

Ertəsi gün “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində “Qalatasaray”ı ilə görüşəcək. Klublarımız sentyabrın 17-də iki oyun keçirsə də qalib gəlməyib.

2015/16 mövsümündə Avropa Liqasının qrupunda “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə qolsuz heç-heçə edib. Həmin gün “Qarabağ” İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti