Azərbaycan çempionu “Molde”nin qapısına yol tapsa...

16 Sentyabr 2020 18:20 Qarabağ 768
Azərbaycan çempionu “Molde”nin qapısına yol tapsa...

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Molde” oyunu yubileylə əlamətdar ola bilər.

Sportinfo.az xəbər verir ki, Kiprdəki matça meydan sahibi kimi çıxacaq Azərbaycan çempionu rəqib qapısına yol tapsa, bu, təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirində 80-ci qolu olacaq.

İndiyədək Çempionlar Liqasında 80 oyun keçirən Azərbaycan klubları 79 qola sevinib. Komandalarımızın buraxdığı topların sayı isə 99-a bərabərdir. Bu isə o deməkdir ki, “Molde” qol vursa, bu rəqəm 100-ə çatacaq.

Bu gün keçiriləcək “Qarabağ” – “Molde” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı