Qurban Qurbanov “Neftçi” – “Qalatasaray” oyunundan nə gözləyir?

16 Sentyabr 2020 17:24 Qarabağ 855
Qurban Qurbanov “Neftçi” – “Qalatasaray” oyunundan nə gözləyir?

“Qarabağ“ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakı klubuna Avropa Liqasının II təsnifat mərhələsində uğurlar arzulayıb:

“Belə komandaların Azərbaycana gəlməsi futbolumuzun inkişafına böyük təkandır. İnsanlarda futbola sevgi daha da çoxalır. Xüsusən tanınmış klublar gələndə.

Düşünürəm ki, “Qalatasaray”ın - Türkiyənin 4-5 TOP komandasından birinin Bakıya gəlməsi futbolumuza böyük fayda verəcək. Əlbəttə ki, “Neftçi”nin qalib gəlməsini istərdik.

Düzdür, qardaş ölkənin klubudur. Amma idmanın prinsipləri elədir ki, daim qalib gəlmək istəyirsən“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı