"Qarabağ"ı görüb, hamısı sağaldı və ayağa qalxdı - FOTOLAR

16 Sentyabr 2020 15:04 Qarabağ 690
"Qarabağ"ı görüb, hamısı sağaldı və ayağa qalxdı - FOTOLAR

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Norveç "Molde"sində zədəli futbolçuların durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erlinq Moe açıqlama verib.

50 yaşlı mütəxəssis 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersenin yenidən oynamağa hazır olduğunu bildirib. Norveçli baş məşqçi Mathis Bollinin də görüşdə iştirak edəcəyini söyləyib.

Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti