"Qarabağ"ın legioneri narazıdır, İspaniyaya qayıtmaq istəyir

14 Sentyabr 16:00 Qarabağ 1 981
"Qarabağ"ın legioneri narazıdır, İspaniyaya qayıtmaq istəyir

"Qarabağ"ın bu ilin yanvarında transfer etdiyi Kvabena Ovusunun Azərbaycanı tərk etmək perspektivi yaranıb.

Sportinfo.az-ın məlumatına görə, qanalı hücumçuya İspaniyadan yeni təklif gəlib.

22 yaşlı forvard Sequndada çıxış edən 2-3 klubun hədəfindədir.

Afrikalı legioner ölkəmizə gələnə kimi elə orada özünü tanıdııb. İcarə əsasında formasını geyindiyi "Kordoba"nın heyətində ötən mövsüm çıxdığı 16 oyunda 6 qol vurub.

Azərbaycan çempionu onunla 2,5 illik müqavilə bağlayıb. Ovusu "Qarabağ"dan getməyə hazırdır – bunu biləsiz. Müqavilə ilə mxsus olduğu "Leganes"dən transfer olunan

Qanalı əsas heyətdə yer almamasından narazıdır və yeri gəldikcə, məşqçilərə belə bir fikrinin olmasını hiss etdirib. "Keşlə" ilə son Premyer Liqa matçında (0:0) yol verdiyi hərəkət də bir növ etiraz xarakterlidir.

45+1-ci dəqiqədə rəqibinə qarşı aşkar kobudluq edən afrikalı qırımızı vərəqə almağı haqq edirdi, gəl ki, referi Səbuhi Bayramov "sarı" verməklə kifayətləndi. Ovusu bu davranışı ilə dedi ki, mən burada qalmaq istəmirəm, yola salın, gedim.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…
18 Sentyabr 09:42 Satmaq üçün razılaşdılar