"Liverpul"a qol vuran hücumçu "Qarabağ da? - VİDEO

15 Avqust 2020 18:48 Qarabağ 1 547
"Liverpul"a qol vuran hücumçu "Qarabağ da? - VİDEO

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" "Srvena Zvezda"nın futbolçusu Milan Pavkovu heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı hücumçuya ciddi maraq göstərir. Serbiyalı forvard da "Qarabağ"a keçməyə müsbət yanaşır.

Ölkə çempionu Pavkovun maliyyə tələblərini yerinə yetirərsə, transfer gerçəkləşə bilər.

Milan Pavkov 2017-ci ildən "Srvena Zvezda"da çıxış edir. O, 2018/2019 mövsümündə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Pavkov "Liverpul"la qrup matçında 2 dəfə fərqlənməyi bacarıb.

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. Oyun avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti