İtaliya KİV-i Sportinfo.az-ın yaydığı transfer xəbərini təsdiqlədi - "Qarabağ"a aid

12 Avqust 2020 14:22 Qarabağ 1 634
İtaliya KİV-i Sportinfo.az-ın yaydığı transfer xəbərini təsdiqlədi -

"Qarabağ"ın "Sampdoriya"nın qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşmasını 2 gün öncə oxucularımızın diqqətinə çatdırmışdııq.

Sportinfo.az-a məxsus olan xəbər artıq İtaliya mediasınıın da diqqətini çəkib.

Yerli həmkarlarıımız məlumatı araşdırıb və təsdiqləyib. "Sampdoria news" nəşri başda olmaqla, ölkənin əksər böyük informasiya portalları Azərbaycan çempionunun Seriya A klubu ilə danışıqlar apardığını bəyan edib.

İtaliya KİV-inin açıqladığı son xəbərlərə görə, Ağdam təmsilçisi sloveniyalı qapıçını almaq istəyən ən renal müştərilərdən biridir. Klublar razılığa gəlsə, 30 yaşlı qapıçı tezliklə karyerasını Azərbaycan çempionunda davam etdirəcək.

Sloveniyalı "əlcək sahibi" ötən mövsümü icarə əsasında APOEL-də keçirib. O, Kipr klubunun heyətində Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda "Qarabağ"a qarşı oynayıb. Belets ötən mövsüm Nikosiya təmsilçisində keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

"Maribor"un yetirməsi 2010-cu ildə "İnter"ə keçib. Milan təmsilçisində 5 il ərzində rəsmi oyun keçirməyən qapıçı "Krotone", "Olhanense" və "Konyaspor" klublarına icarəyə verilib. Belets İtaliyanın "Karpi" və "Benevento" klublarının da formasını geyinib.

2018-ci ildə "Sampdoriya"ya keçən qapıçının genuyalılarla sözləşməsi 2021-ci il iyunun 30-da bitəcək.

Son olaraq məşhur "transfermarkt" saytı da balkanlı kiperin "Qarabağ"a keçməyə yaxın olduğunu yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!